Aparıcı birjalarda neftin qiyməti 4 dollar düşüb

Neftin qiymətinin düşməsi dünya təkliflərinin artması və tələbatın azalması fonunda baş verir

Source:


Neftin qiymətinin düşməsi dünya təkliflərinin artması və tələbatın azalması fonunda baş verir

Dünyanın aparıcı birjalarında neftin qiyməti bir neçə dollar düşüb. 2014-cü il oktyabrın 14-də keçirilən hərracların nəticələrinə görə,  Nyu Yorkda New York Mercantile Exchange (NYMEX) təcili əmtəə birjasında WTI (Light Sweet) neftinin qiyməti 3,90 dollar enərək bir barel üçün 81,84 dollar təşkil edib.

Eyni zamanda? 14 oktyabr hərraclarının yekunlarına əsasən InterContinental Exchange Futures Europe (IСE Futures Europe) elektron əmtəə birjasında Brent neftin rəsmi qiyməti  3,85 dollar enərək bir barelə görə 85,04 dollar təşkil edib.

Son üç aydır ki, neftin dünya qiyməti enir. 2014-cü ilin iyunundan Brent markalı neftin dəyəri təxminən 20 faiz azalıb və ötən həftə bir barelə görə  90 dollar həcmində psixoloji baryeri keçib.

Neftin qiymətinin düşməsi dünya təkliflərinin artması və tələbatın azalması fonunda baş verir. Oktyabrın 14-də Beynəlxalq Energetika Agentliyi (IEA) 2014-cü il üçün dünya üzrə neftə olan orta sutkalıq tələbatın artım proqnozunu 1,3 mln. bareldən 700 min barelədək azaldıb. IEA proqnozlaşdırır ki, 2014-cü ildə dünyada neftə olan orta sutkalıq tələbat 92,4 mln. barel təşkil edəcək.

Eyni zamanda cari ilin sentyabrında dünya bazarına neft nəqli gündə 910 min barel artaraq  93,8 mln. barel təşkil edib. Bu, bir il öncə olduğu göstəricidən 2,8 mln. barel çoxdur.

Neft ixracatçı ölkələri təşkilatı (OPEK) bildirib ki, təkliflərin azaldılması və qiymətlərin saxlanması üçün hasilatı azaltmayacaq.

IEA-nın məlumatına görə, 2014-cü ilin sentyabrında OPEK hasilatın həcmini sutkada 30,66 mln. barelə çatdırıb ki, bu da avqust ayının göstəricindən 300 min barel çoxdur və son 13 ayda ən yüksək göstərici sayılır. RBC bildirib.

Ana səhifəXəbərlərAparıcı birjalarda neftin qiyməti 4 dollar düşüb