Antiqayıdış

Heydər Əliyevin yol daşları

Source:

Sizi deyə bilmərəm, amma mən həmişə özümə bir sual verirəm: “Azərbaycanda Heydər Əliyevi tanıyan bir adam da yox idimi ki, onun ikinci dəfə hakimiyyətə gəlişinin nə ilə nəticələnəcəyini bilsin?”

Bunun cavabını axtarmaq təkcə mənim işim deyil, təbii ki. Amma bu sual bizi, əlli ilə yaxın tariximizi yenidən araşdırmaq üçün istiqamətləndirə bilər. Azərbaycan kommunist elitasından niyə Şərqi Avropada, Baltikyanında olduğu kimi mütərəqqi qüvvələr çıxmadı? Bunun qarşısını kim aldı? Niyə “solidarnost” hərəkatı yarandı? Azərbaycanda böyük xalq kütlələrinin dəstəyini qazanan Xalq Cəbhəsində nə çatmırdı?

Biz bu sualların cavabını düşündükmü? Düşünmədiksə, niyə? Bəlkə tariximizi sadəcə rəqəmlərlə öyrənməyə yönəldilmişik? Fikrimcə, bütün bunların cavabını tapmaq üçün tarixə başqa nəzərlərlə baxmalıyıq. Bəlkə o zaman gələcəyimiz haqqında da fərqli yeni düşüncələrimiz, planlarımız formalaşdı. Məsələn, biz 1789-cu ildə yaranıb Fransanı qana boyayan Yakobinlər klubunun etdiklərini öz tariximizdə Əliyevlərin icrasında görürük.

Deməli, bir hadisənin nə vaxt baş verməsi onun haqqında düşünmək üçün elə də əhəmiyyətli məlumat deyil. Bütün hallarda ən əhəmiyyətli sual “Niyə?” olaraq qalır. Hitler Almaniyada, Franko İspaniyada, Mussolini İtaliyada, Muqabe Zimbabvedə, Kim ailəsi Şimali Koreyada, Əsəd Suriyada, Mübarək Misirdə, Qəddafi Liviyada, Xomeyni İranda… Bütün bu şəxslərin zamanında mətbuata nəzər salsaydınız, görərdiniz ki, onların hamısı “xilaskar”dır.

Bəziləriniz bu an bəlkə də alnınızı qırışdırıb, qaşınızı çatmısınız, demək istəyirsiniz ki, bu siyahıdakı bir çoxları ilə Heydər Əliyevi müqayisə etmək olmaz. Amma əmin olun ki, olar. Türkiyəlilər demiş, “bal kimi olar”. Onlardan ixtiyari biri öz millətindən minləri (ən azı) öz hakimiyyətinə qurban verib. Onların bir çoxu tarix qarşısında məğlub olub, bir çoxları da ideyalarının ölümünü görmədən ölüblər. Amma nə səbəblə, nə əsasla, daha doğrusu bəhanəylə olur olsun, onların hamısı kürsü uğrunda qan töküblər. Özlərinə verdikləri ünvanı müqəddəs, toxunulmaz elan ediblər. Sözsüz ki, Heydər Əliyevi bu şəxslərdən ayıran tarixi, siyasi konyunkturadır. Bu konyuktur fərq bizim diktatoru başqalarından fərqləndirən şərt kimi, həm də xalqımızın üzləşdiyi fərqli olayları şərtləndirib.

Amma bütün təsvirləri ilə birgə Azərbaycan xalqı öz keçmişini öyrənmədən gələcəyini qura bilməz. Fəqət bu gün üçün Heydər Əliyev keçmişdirmi? Fikrimcə, onun oğlunun hər gün davam edən hakimiyyəti onu gəlməsi arzu olunmayan gələcəyə çevirir. Bəs, necə qurtulmalı? Zənnimcə, bir xəstəlikdən müalicənin ən əsas şərti onu etiraf etmək və yaxşı tanımaqdır. Beləliklə, Əliyevin yolunu və yol yoldaşlarını tanıyaq.

P.S. Bu məqalə Azərbaycanın 1991-2002, 2002-2014-cü illərindən bəhs edən “Antiqayıdış” sənədli filminin ssenarisidir. Ardı var…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAntiqayıdış