Mənbə: NTV

Antalyada yanğın: ölən və xəsarət alanlar var

Antalyada meşə yanğınları başlayıb

Qonşu şəhərlərdə - Adana və Mersində 16 kəndin evakuasiya edildiyi bildirilir

Türkiyənin Antalya şəhəri və ətraf bölgələrindəki yanğınlarda ölən və xəsarət alanlar var.

Reuters” yazır ki, yanğında 1 nəfərin öldüyü təsdiqlənib, 10 nəfər isə ətrafdan təcrid olunmuş duruma düşüb.

Çox sayda ev və tikili yanıb. İnsanlara çoxsaylı ziyan dəyib.

Yanğın iyulun 28-dən başlayıb və 10 hektarlarla meşə sahəsinə yayılıb.

Güclü külək yanğını yaxınlıqdakı istirahət şəhəri olan Manavqatın məhəllələrinə çatdırıb.

Antalya meriyasının açıqlamasına görə, yanğın eyni zamanda şəhərin 4 məhəlləsindən başlayıb. İndi isə şəhərin mərkəzi hissəsinə yaxınlaşıb. Şəhərdə itki və xəsarət alanlar barədə məlumat verilməsə də, xeyli ev və ofisin yandığı bildirilir.

Antaliyanın 75 kilometrliyində yerləşən Manavqat şəhəri, bunda əlavə 18 kənd və rayondan əhali çıxarılıb. Qonşu şəhərlərdən - Adana və Mersin əyalətlərində də azı 16 kəndin evakuasiya edildiyi bildirilir.

Antalya yaxınlığındakı bir kəndin isə tamamilə yandığı deyilir.

Türkiyənin Kənd Təsərrüfatı naziri Bekir Pakdemirli yanğınla mübarizəyə 400-dən çox canlı qüvvə,19 helikopter və təyyarələrin cəlb edildiyini söyləyib. Deyib ki, qonşu əyalətlərdən də yardım istənib.

Yanğınsöndürənlər Antalya-Alanya yolunun üstündəki yanacaqdoldurma məntəqəsini alovdan qoruya biliblər.

Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan bildirib ki, yanğını mümkün qədər tez söndürməyə çalışacaqlar və hökumət ziyan dəymiş hər kəsə kompensasiya ödəyəcək.

Region rəhbərliyi indiyədək belə böyük yanğınla üzləşmədiklərini deyir.

Hələlik, çimərliklərə birbaşa təhlükə olmadığı bildirilir, amma ətraf tüstü içindədir.

Yanğınların hansı səbəbdən baş verdiyi tam bilinmir. İlkin ehtimal istilər və küləklə əlaqəli olduğu yönündədir.

Türkiyədə bu gün də meşə yanğınları davam edib, digər şəhərlərə sıçrayıb

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ciyp1l

Ən çox baxılan