ANS MTRŞ-dan 1 mln manat təzminat tələb edir

Media şirkətinin şikayətinə Bakı İnzibati-iqtisad məhkəməsi baxacaq

Source:


Media şirkətinin şikayətinə Bakı İnzibati-iqtisad məhkəməsi baxacaq

Avqustun10-da Bakı Apellyasiya Məhkəməsində “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) “İnzibati aktın etibarsız hesab edilməsi” ilə bağlı qərarından verdiyi şikayətinə baxılıb.

“Turan” agentliyi yazıb ki, ANS yayımın dayandırılmasını qanunsuz hesab edib və buna görə MTRŞ-dan dəymiş ziyana görə 1 milyon manat təzminat tələb edib.

MTRŞ-nın vəkili Toğrul Məmmədov bildirib ki, inzibati orqan tərəfindən müraciət edildiyindən şikayətə Bakı İnzibati- iqtisad Məhkəməsində baxılmalıdır.

Məhkəmə şikayətə 1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsində baxılması barədə qərar qəbul edib.

MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini əsas gətirərək “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixindən etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında ANS-in lisenziyasına xitam verilməsi haqqında qərar qəbul edib.

Ana səhifəXəbərlərANS MTRŞ-dan 1 mln manat təzminat tələb edir