ANS-ın şikayəti iqtisad məhkəməsinə göndərildi

Media şirkəti MTRŞ-nın yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərarının ləğvini istəyir

Source:


Media şirkəti MTRŞ-nın yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərarının ləğvini istəyir

Avqustun 19-da Bakı Apellyasiya Məhkəməsi ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətini 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərib.

APA-nın məlumatına görə, şikayət ANS Müstəqil Yayım və Media Şirkətinin “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlıdır.

ANS məsələ ilə bağlı apellyasiya şikayəti verib, avqustun 10-da məhkəmə işə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılmasını məqsədəuyğun hesab edib.

MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini əsas gətirərək “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixindən etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında ANS-in lisenziyasına xitam verilməsi haqqında qərar qəbul edib.

Ana səhifəXəbərlərANS-ın şikayəti iqtisad məhkəməsinə göndərildi