Dünyaca məşhur hacker qrupu terror təhlükəsi olan şəhərlərin siyahısını hazırlayıb. Anonymous-un siyahısında Milan, Roma, Paris və Brüssel var. Livanda isə hər il qeyd edilən və bu gün keçirilməli olan bayram təxirə salınıb.
Hacker qrupunun bu siyahını təqdim etməsindən sonra həmin şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Stadionlarda, konsert zallarında və insanların sıx olduğu yerlərdə əməliyatlar keçirilib.
Ən çox narahatlıq doğuran ölkə Belçikadır. Məlumatlara görə Brüsseldə Parisdə baş verən terror aktı miqyasında terror olma ehtimalı yüksəkdir. 13 Noyabr hücumunun təşkilatçılarından biri Saleh Abdeslamın məhs bu şəhərdə gizləndiyi ehtimal edilir. Müəyyən edilib ki, o, Brüssel metrosunda texnik işləyib və yeraltı yolları yaxşı tanıyır.