Anons: Yanan qazilər ölkəsi – TEZLİKLƏ

Ötən ilin son günlərində baş verən olay, Qarabağ qazisinin özünü yandırması, nə başlanğıc idi, nə də son… Qazilərin bu sayaq çarəsiz mübarizə cəhdləri əvvəllər də zaman zaman baş verirdi. Zaur Həsənovun video lentə düşən alov dolu hayqırtiları isə çoxlarının qəlbini sızlatdı. Zaurun bu üsyanı tək öz dərdini deyil, silahdaşlarının da qayğılarını gündəmə gətirdi. Gənclər etiraz edib, “Qaziləri yandırmayın” dedi, amma bu olaydan sonra ard-arda yenə neçə qazi özünə od vurdu.

Talelər oxşardır, evsizlik, işsizlik, yoxsulluğun gətirdiyi əzablar… Dəyişən isə bir tək isimlər oldu…

Meydan TV-nin hazırladığı növbəti sənədli filmdə məmur özbaşnalığından, biganəlikdən cana doyub öz canına qəsd edən Qarabağ qazilərinin həyat hekayətlərindən bəhs olunur.

Ana səhifəVideoAnons: Yanan qazilər ölkəsi – TEZLİKLƏ