Ankarada partlayış baş verdi, 95 nəfər öldü (yenilənib)

1 noyabr parlament seçkiləri kampaniyası 3 gün dayandırıldı

Source:


03.15. Türkiyə mətbuatının son məlumatına əsasən, 10 oktyabrda törədilən terror nəticəsində ölənlərin sayı 95 nəfərə çayıb. Yaralananlardan 48 nəfəri ağır olmaqla 246 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur. Ölənlərdən 52 nəfərin şəxsiyyəti müəyyənləşib.


18.00. Son məlumata görə, ölənlərin sayı 86 nəfərə çatıb. 186 yaralıdan 70 nəfərinin vəziyyəti ağırdır. Hadisəni kamikadzenin törətdiyi bildirilir.


16.03. Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 30 nəfər ölüb, 126 nəfər yaralanıb.


Hadisədən sonra Türkiyə rəhbərliyi və siyasi liderlər öz gündəlik proqramlarını ləğv ediblər. Baş nazir Əhməd Davudoğlu daxili işlər və səhiyyə nazirlərindən hadisə ilə bağlı məlumat alıb. O, qarşıdakı 3 gün ərzində Kayseri, Trabzon və Şanlıurfada planlaşdırılan seçki təbliğat mitinqlərini ləğv edib. Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı proqramını ləğv edərək paytaxta dönməyə qərar verib. CHP lideri Kamal Kılıçdaroğlu, HDP liderləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da mitinq proqramlarını ləğv edərək Ankaraya dönmək qərarına gəliblər.


1 noyabr parlament seçkiləri kampaniyası 3 gün dayandırıldı

Türkiyənin paytaxtı Ankara şəhərində bəzi həmkarlar təşkilatlarının mitinq təyin etdiyi dəmir yolu stansiyası yaxınlığında 2 partlayış baş verib.

Türkiyənin paytaxtı Ankara şəhərində bəzi həmkarlar təşkilatlarının mitinq təyin etdiyi dəmir yolu stansiyası yaxınlığında 2 partlayış baş verib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, KESK, DİSK, TMMOB və TTB həmkarlar təşkilatları bu günə “Barış Mitinqi” təyin edib. Mitinqə qatılmaq üçün Gənclik Parkında insanları toplaşmağa başlayarkən ardıcıl 2 partlayış baş verib. Nəticədə çoxlu sayda insanın öldüyü və yaralandığı xəbər verilir.

Partlayışı terrorçu kamikadzenin törətdiyi bildirilir. “Milliyet”in yaydığı ilkin məlumata əsasən təxminən 20 nəfər ölüb. Təşkilat komitəsi mitinqi ləğv edib.

1 noyabr parlament seçkiləri kampaniyası 3 gün dayandırılıb.

Ana səhifəXəbərlərAnkarada partlayış baş verdi, 95 nəfər öldü (yenilənib)