Ankara Avropaya axışan suriyalı qaçqınları dayandırmayacağını deyir

Hökumətyönlü “Demirören” xəbər agentliyi qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın miqrantın Türkiyənin Yunanıstanla sərhədinə doğru axışdığını bildirib.

Source:

“Bütün qaçqınlar, o cümlədən suriyalılar, Avropa Birliyinə girməkdə sərbəstdirlər”


“Türkiyə suriyalı qaçqınların Avropaya getməsinə artıq əngəl olmayacaq”.

Rəsmi Ankara cümə günü İdlib bölgəsində Suriya hökumət qüvvələri tərəfindən edilən hava hücumunda 33 türk əsgərinin öldürülməsinə cavabında deyib.

“Reuters” xəbər verir ki, hücum fevral ayında ölkənin cənub sərhədlərinə yaxın bölgədə Türkiyənin hərbi ölümlərini artırıb. Prezident Rəcəp Tayyib Ərdoğanın Rusiya tərəfindən dəstəklənən Suriya hökumət qüvvələrinə qarşı genişmiqyaslı əməliyyat başladacağında şübhə edilmir.

Türkiyə polisinə, sahil mühafizə xidmətinə və sərhəd təhlükəsizlik işçilərinə İdlibdən gəlməkdə olan suriyalı qaçqınların Avropaya doğru quru və dəniz keçidlərinə yöndərilməsinin əmr edildiyi bildirilir.

“Biz suriyalı qaçqınların Avropaya quru və ya dəniz yolu ilə keçməsinə mane olmamaq üçün dərhal qərar vermişik”,- anonimliyinin qorunmasını tələb edən Ankara rəsmisi bildirib.

“Bütün qaçqınlar, o cümlədən suriyalılar, Avropa Birliyinə girməkdə sərbəstdirlər”.

Türkiyə mediası cümə günü miqrantların bəzilərini bel çantaları ilə göstərib. “Reuters” görüntüləri təsdiqləyə bilməyib.

Hökumətyönlü “Demirören” xəbər agentliyi qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın miqrantın Türkiyənin Yunanıstanla sərhədinə doğru axışdığını bildirib.

Ərdoğan dəfələrlə miqrantların Avropaya getməsi üçün qapıları açacağını bəyan edib. Əgər belə olsa, 2016-cı ildə Türkiyənin Avropa Birliyinə verdiyi vəd ortadan qalxacaq və bununla Qərb gücləri İdlib üzərində mübahisəyə cəlb olunaraq Ankara ilə Moskva arasında dalana dirənmiş danışıqlara daxil olacaq.

Rusiya hava qüvvələrinin dəstəklədiyi Suriya hökumət qüvvələri Türkiyənin dəstəklədiyi Suriya üsyançılarının ələ keçirdikləri əraziləri geri aldığı üçün dekabr ayından bəri bir milyona yaxın mülki suriyalı Türkiyə sərhədi yaxınlığına sığınıb.

Bu, artıq milyonlarla insanı didərgin salmış və yüz minlərlə insanın ölümünə səbəb olan doqquz illik Suriya müharibəsində ən dəhşətli humanitar böhranın yaranmasına gətirib çıxarıb.

Birləşmiş Millətlər Təşkilatı və başqaları bölgədəkiləri təcili atəşkəsə çağırıb, lakin Ankara və Moskva arasında davam edən danışıqlarda heç bir razılığa gəlinməyib və döyüşlər hələ də davam edir.

Ana səhifəDünyaAnkara Avropaya axışan suriyalı qaçqınları dayandırmayacağını deyir