Angela Merkelin iqamətgahı qarşısında aksiya keçirilib

Aksiyada Azərbaycanda həbsdə olan jurnalistlərin, hüquq müdafiəçilərinin, blogerlərin şəkilləri qaldırılıb və onlara azadlıq tələb olunub

Source:


Aksiyada Azərbaycanda həbsdə olan jurnalistlərin, hüquq müdafiəçilərinin, blogerlərin şəkilləri qaldırılıb və onlara azadlıq tələb olunub

Yanvarın 21-də saat 13.30-da  “Sərhədsiz Reportyorlar” Beynəlxalq Söz Azadlığını Müdafiə Təşkilatının təşəbbüsülü ilə Almaniya kansleri Angela Merkelin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib. Təşkilat bəyan edib ki, aksiyanın səbəbi Angela Merkelin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşməsidir.

Aksiyada Azərbaycanda həbsdə olan jurnalistlərin, hüquq müdafiəçilərinin, bloqqerlərin şəkilləri qaldırılıb və onlara azadlıq tələb olunub.

Təşkilat bir gün əvvəl yaydığı bəyanatda bildirib ki, bu aksiya vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevi öz ölkəsində söz və mətbuat azadlığını təmin etməyə çağıracaqlar. Azərbaycanda hakimiyyət tənqidçi səslərə qarşı misli görünməmiş səviyyədə repressiyalar həyata keçirir. Bu avtoritar ölkədə hazırda ən azı 12 nəfər jurnalist və bloqqer həbsdədir. Onların arasında dissident-jurnalist Xədicə İsmayılova da var.

“Biz aksiyada çoxsaylı tərəfdarlarımızın iştirakını səbrsizliklə gözləyirik. Çərşənbə günü bu aksiya keçirilən zaman Berlində olmayanlar elektron poçtumuz vasitəsilə “Xədicəyə azadlıq!” kampaniyasında iştirak edib dəstəyini ifadə edə bilər”, – deyə “Sərhədsiz reportyorlar”ın aksiya ilə bağlı açıqlamasında bildirilir.

Ana səhifəXəbərlərAngela Merkelin iqamətgahı qarşısında aksiya keçirilib