Angela Merkel dördüncü dəfə Almaniya kansleri seçilib

Dünyanın ən nüfuzlu qadını 13 ildir ölkəyə rəhbərlik edir

Mənbə: Euronews
Angela Merkel
Angela Merkel

Dünyanın ən nüfuzlu qadını 13 ildir ölkəyə rəhbərlik edir

Almaniya Bundestaqının 709 deputatından 364-nün səsini qazanan Angela Merkel yenidən ölkənin kansleri seçilib.

İclasda 688 səs etibarlı sayılıb. Kansler seçilməsi üçün A.Merkelə 355 səs kifayət edirdi.

Koalision hakimiyyəti formalaşdıran Xristian-Demokrat İttifaqının (XDİ), Xristian-Sosial İttifaqının (XSİ) və Almaniya Sosial-Demokrat partiyasının (ASDP) Bundestaqda 399 deputatı var və ona görə də Merkelin seçilməsində problem olmamalı idi. Lakin səsvermənin nəticəsi göstərir ki, koalisiyaya daxil olan deputatların heç də hamısı onun lehinə səs verməyib. Lakin, səsvermə gizli olduğundan kimlərin A.Merkelin əleyhinə çıxması məlum deyil.

1954-cü ildə anadan olan A.Merkel 2000-ci ildən XDİ rəhbəridir və 2005-ci ildən Almaniyanın kansleri postunu tutur.

“Forbes” jurnalı bir neçə dəfə, o cümlədən 2017-ci ildə A.Merkeli dünyanın ən nüfuzlu qadını elan edib.

Ana səhifəXəbərlərAngela Merkel dördüncü dəfə Almaniya kansleri seçilib