AND təşkilatı Kölndə Azərbaycandakı vəziyyətlə bağlı konfrans keçirdi

İştirakçılar Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə ediblər.

Source: meydan.tv


Yeni Azərbaycan Beynəlxalq Fondunun yaradılması nəzərdə tutulub

İyulun 13-də Almaniyanın Köln şəhərində AND təşkilatının və İnanclı İnsanların Hüquqlarının Müdafiəsi Komitəsinin birgə konfransı keçirilib. Bu barədə konfrans iştirakçıları məlumat yayıblar.

Konfransda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, bu ilin martında azadlığa çıxmış Fuad Qəhramanlı həmçinin, inanclı insanların hüquqlarının müdafiəsi komitəsinin həmsədrləri Hacı Rövşən Əhmədli və Eldəniz Quliyev iştirak ediblər.

İştirakçılar Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə ediblər. Konfransda müxtəlif təkliflər səsləndirilib. Qərara alınıb ki, Azərbaycan üçün bir çox sahəni əhatə edən (təhsil,demokratiya,diaspora və s.) Fond yaradılsın. Azərbaycanın Beynəlxalq Fondu adlandırılacaq qurumun tezliklə fəaliyyətə başlaması nəzərdə tutulub.

Tədbirdə siyasi məhbus ailələrinə dəstək üçün həmrəylik marafonu keçirilib, maddi vəsait toplanıb.

Fuad Qəhrəmanlının “Facebook” hesabında yaydığı məlumata görə, iyulun 13-də Köln səhərinin mərkəzindəki "Köln Dom" adlanan ərazidə siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası da keçirilib:

“Alman hakimiyyət orqanları şəhərin mərkəzində, əhalinin ən sıx olduğu yerdə heç bir bəhanə gətirmədən etiraz aksiyası keçirməyə razılıq veriblər. Yüzlərlə yerli sakin və turist aksiyanı izləyir”.

66594472_877825089239316_2833303561968812032_n.jpg
AND hərəkatının növbəti konfransı
66876754_877824935905998_3520269008139976704_n.jpg
AND hərəkatının növbəti konfransı
Ana səhifəXəbərlərAND təşkilatı Kölndə Azərbaycandakı vəziyyətlə bağlı konfrans keçirdi