Anbardar: Səba şirkətinin rəhbəri məndən əvvəlki dövrün oğurluğunu mənim üzərimə atıb

”9 min manat alandan sonra azad buraxıblar”

Source:


”9 min manat alandan sonra azad buraxıblar”

“Səba ASC”-də gecə anbardarı vəzifəsində çalışan Fariz Muradxanlı müdirindən şikayətçidir.

O deyir ki, “Səba ASC”-də 2017-ci ilin iyunundan işə başlasa da, ondan əvvəlki dövrdə olan oğurluq hadisələrini onun üzərinə atırlar.

“Gəldiyim ilk gün anbar müdiri Fəridə Mehtiyeva məndən öncə anbarda oğurluq olduğunu bildirdi. “Sən işlə, özüm həll edəcəm”, – dedi. Oktyabrın sonları daxili audit inventarizasiya aparmışdı. Məlum olmuşdu ki, satış qiyməti 80 min manat olan toyuq və toyuq məhsulları əskikdir. Noyabrda isə sahibkar Natiq Quliyev iclasaoxşar məhkəmədə kimin günahkar olduğunu seçərək, həmin insanlara onları Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə göndərəcəyini demişdi”. Fariz Muradxanlı deyir ki, həmin iclasda o, oğruların və onlara şərait yaradan insanların adlarını söyləyib. Ancaq sahibkar onu dinləməyib, elə dediyini təkrarlayıb. “Pulumu gətirməsəniz, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə gedəcəksiniz”.

Şikayətçinin sözlərinə görə, noyabrın 24-də onları Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsindən müstəntiq Ramin Məmmədov idarəyə dəvət edib.

Fariz Muradxanlı
Fariz Muradxanlı

O deyir ki, əlində heç bir əsas olmadan, məhkəmə qərarı olmadan həbsdə saxladı.

“Bizi atama hədə-qorxu gələrək, şirkətə 9 min manat pul ödədənə qədər saxladı. Atam keçmiş hərbçi, mayor və Qarabağ müharibəsi veteranıdır. Pulu da mənə işgəncə verəcəklərindən qorxub ödəyib”.

Fariz Muradxanlı deyir ki, dekabrın 1-i axşam saat 6-da onları sərbəst buraxıblar. Bundan sonra o, başına gələnlərlə bağlı prokurorluğa müraciət etdiyini söyləyib:

“Prokurorluqdan bildirdilər ki, biz onlarla bacara bilmirik. Hal-hazırda işimə Samir Abbasov baxsa da, heç bir nəticəsi yoxdur. Bundan əlavə, Natiq Quliyev yüzlərlə işçini, sürücünü, ekspeditoru, fəhləni, anbardarı və s. qanuni əmək müqaviləsi ilə yox, xidməti müqavilə ilə işlədir”.

Fariz Muradxanlı həm də deyir ki, “Səba” ASC həm də malların təkrar emalı ilə məşğuldur:

“Natiq Quliyev “Honda”, “Mazda”, “Mitsubishi”, Qarabağ Taxıl, Biləsuvar AQRO, Abşeron damazlıq, Dəvəçi Broyler və digər şirkətlərin sahibkarıdır. “Bank Respublika”nın direktorudur. Süd məhsullarını belə təkrar emal edirlər. Ət məhsullarından fars, kolbasa, hisə verilmiş qanad, bud düzəldirlər. Bəzən isə təkrar dondurucu kamerada şoklayıb göndərirlər. Ölkədəki bütün dönərxanalara məhsulu onlar göndərirlər. Bunun üçün toyuğun budu təmizlənir və eyni zamanda yağlı olması üçün dərisindən də istifadə edilir”.

Fariz Muradxanlı deyir ki, bir sözlə “Səba” ASC hər cür qanunsuzluq edir. İstər işçilərinə, istərsə də ona inanıb məhsulunu ala müştərilərinə qarşı.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Natiq Quliyevlə əlaqə saxlayıb. O, şikayəti eşidən kimi dəstəyi asıb.

Ana səhifəXəbərlərAnbardar: Səba şirkətinin rəhbəri məndən əvvəlki dövrün oğurluğunu mənim üzərimə atıb