Anar yenə də Yazıçılar Birliyinin sədri olmaq istəyir

“Bu çətin vəşərəfli vəzifəni bütün məsuliyyətimlə daşımağa hazıram”

Source:

Yazıçılar Birliyinin sədri Anar namizədliyini elan etdi. Bununla da yazıçı davam edən söz-söhbətlərə son qoydu.

AYB sədri “525-ci qəzet”də “XII qurultayımız” məqaləsində növbəti dəfə namizədliyini verəcəyini bildirib: “Məndən tez-tez soruşurdular ki, bu qurultayda sədrliyə namizəd olacammı? Vaxtından qabaq bu məsələdə lüzumsuz ajiotaj yaratmamaq üçün qərarımı qurultay ərəfəsində verəcəm – deyirdim. İndi qurultay ərəfəsində bildirirəm ki, qurultay nümayəndələri mənə etimad göstərib sədr seçsələr, bu çətin vəşərəfli vəzifəni bütün məsuliyyətimlə daşımağa hazıram”.

İyunun 17-də Akademik Milli Dram Teatrında Yazıçılar Birliyinin XII qurultayı keçiriləcək.

1987-ci ildən Anar Yazıçılar İttifaqının sədridir.

Ana səhifəXəbərlərAnar yenə də Yazıçılar Birliyinin sədri olmaq istəyir