Səhiyyə naziri Oqtay Şirəliyevin əmrilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə Liya Bayramova təyin olunub
“AZERFAX”ın yaydığı məlumata görə, A.Qədiri işdən getmək barədə bu gün ərizə yazıb. Səhiyyə naziri Oqtay Şirəliyev onun ərizəsini qəbul edib. A.Qədirli sayta açıqlamasında işdən getdiyini təsdiqləyib.
Məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat da olub. Səhiyyə naziri Oqtay Şirəliyevin əmrilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə Liya Bayramova təyin olunub.
L.Bayramova bunda əvvəl “Zerkalo” qəzetində şöbə müdiri vəzifəsində çalışıb.