Anar Qasımlı AYO sıralarına qoşuldu

Gənc vəkil və qələm adamı bu addımı çoxdan atmaq istədiyini deyir

Source:


Gənc vəkil və qələm adamı bu addımı çoxdan atmaq istədiyini deyir


On ildən çoxdur ki, fəaliyyət göstərən Azad Yazarlar Ocağına yeni imzaların qəbulu başlayıb. Meydan.tv AYO-nun ən fəal üzvlərindən biri, qurumun ilk sədri Rasim Qaracaya itsinadən xəbər verir ki, daha çox hüquqşünas kimi tanınan, amma maraqlı bloq yazıları, satirik şeir və pyesləri ilə də maraq doğuran Anar Qasımlı bü gün AYO-ya üzv olub. Gənc vəkil bu addımının səbəbini belə açıqlayıb : «Hər zaman AYO-nün ədəbi-estetik görüşlərini dəstəkləmişəm. Açığı, mən çox da məhsuldar olmadığımdan bu quruma üzv olmağa çəkinirdim. Amma AYO üzvləri bunu mənə təklif edəndə, sevinərək razılıq verdim. Hər zaman demokratik düşüncəli insanların qurumu olan AYO-ya qəbul olunmağımla qürur duyuram».

Qeyd edək ki, Rasim Qaraca daha bir neçə yazarın quruma üzv olma istədiyini də redaksiyamıza bildirdi. Bu günlərdə yeni üzvlər qəbul olunacaq və onların kimliyi açıqlanacaq. Rasim Qaraca həm də «Alatoran»ın növbəti buraxılışında Anar Qasımlının əsərlərinin yer alacağını da bildirib.

Ana səhifəXəbərlərAnar Qasımlı AYO sıralarına qoşuldu