Anar Məmmədlinin “zərərçəkənlər”-i ifşa olundu

Məhkəmə prosesi təxirə salındı

Source:

 Məhkəmə prosesi təxirə salındı

 Mayın 5-də Bakı Ağır Cinayətlərə dair Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə  Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin məhkəməsi keçirilib.

Proses barədə Meydan TV-yə açıqlama verən vəkil Elçin Sadıqov bildirdi ki, iclasda işdə zərərçəkən kimi göstərilən şəxslər dindirilib. Onlardan Ehtiram Muradov heç bir zərərə məruz qalmadığını söyləyərək şikayətinin və tələbinin olmadığını deyib. Digər zərərçəkən Həsən Həsənov isə şikayətinin olduğunu və əvvəllər də mərkəzin sədri Anar Məmmədli və Bəşir Süleymanlı ilə problem yaşadığını bildirdi. O 2013-cü il prezident seçkilərinin monitorinqi üzrə layihələrdə iştirak edib. Həsən Həsənov dedi ki, 456 manata imza atsa da, ona 100 manat verilib.

Amma zərərçəkən hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmədiyini dedi. Dinləmələr zamanı məlum olub ki, H.Həsənov bu təşkilatlara ali təhsil haqqında diplomunu təqdim  etməyib və 2013-cü il sentyabrın ortalarında layihədən çıxarılıb, çünki işinin öhdəsindən gələ bilməyib. H.Həsənov narazılıqlardan danışarkən Sabirabad üzrə koordinator Sahib Rüstəmlinin adını çəkib. Ancaq S.Rüstəmli məhkəmədən söz istəyərək onu “böhtançı” adlandırıb. Vəkil Elçin Sadıqov belə deyib.

Bundan sonra proses təxirə salınıb. İclas mayın 6-da saat 10.30-a davam etdiriləcək

Ana səhifəXəbərlərAnar Məmmədlinin “zərərçəkənlər”-i ifşa olundu