Anar Məmmədlinin məhkəməsində dövlət ittihamçısının halı pisləşdi

Proses mayın 21-də davam edəcək

Source:


Proses mayın 21-də davam edəcək

Mayın 16-da Bakı Ağır Cinayətlərə dair Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun məhkəməsi keçirilib.


Meydan TV-yə məlumat verən vəkil Fariz Namazov dedi ki, proses dövlət ittihamçısı Anar Tanrıverdiyev çıxışı ilə başlayıb. Bu zaman hakimlərdən Şəkər Məmmədovanın vəziyyəti pisləşdiyindən iclas dayandırəııb. Bir neçə dəqiqə sonra iclas başlayıb. Amma Anar Tanrıverdiyev çıxışa başkayandan 5 dəqiqə sonra onun öz halı pisləşib. Vəziyyəti belə görən hakim Rauf Əliyev hava şəraitini əsas gətirərək prosesi təxirə salıb.

Hakim Rauf Əliyev məhkəmə iclasını mayın 21-nə qədər təxirə salıb.

Ana səhifəXəbərlərAnar Məmmədlinin məhkəməsində dövlət ittihamçısının halı pisləşdi