Anar Məmmədlinin işi üzrə məhkəmə istintaqı yekunlaşdı

Sabah dövlət ittihamçısı məhkəmədə çıxış edəcək

Source:


Sabah dövlət ittihamçısı məhkəmədə çıxış edəcək

Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri

Anar Məmmədli

, qurumun icraçı direktoru

Bəşir Süleymanlı


və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri

Elnur Məmmədovun


cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

İstintaq başa çatmadan öncə, ittiham tərəfi bir sıra sübutların siyahıdan çıxarılması və zərərçəkənlərin iştirakına xitam verilməsi ilə bağlı vəsatətlə çıxış edib.

Vəkil Fariz Namazlının sözlərinə görə, vəsatətlərdən biri 7 fevral 2014 tarixli yoxlama adlı – vergilər və maliyyə nazirliklərinin, eləcə də QHT-lərə Dəstək Şurasının mütəxəssislərinin tərtib etdiyi aktın sübutlar siyahısından xaric olunması haqda olub:

“Vəsatətimiz Məhkəmə Ekspertiza Mərkəzinin xətti ekspertiza rəyinin alınması ilə bağlı olub. Zərərçəkənlərdən imza nümunələri götürülsün, hansı ki, ekspertiza rəyində bu imzaların zərərçəkmiş şəxslər tərəfindən icra olunmadığı göstərilib. Amma həmin zərərçəkmiş şəxslər məhkəmədə göstərir ki, bütün sənədlər bizim tərəfimizdən imza olunub. İkinci vəsatətimiz isə zərərçəkmişlərin zərərçəkmiş kimi ifadəsinə xitam verilməsi barədə oldu”.

Sonra dövlət ittihamçısı çıxış etmək üçün bir gün vaxt istəyib.

Növbəti məhkəmə prosesi mayın 16-na təyin olunub. Bu prosesdə dövlət ittihamçısının təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilir.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Ana səhifəXəbərlərAnar Məmmədlinin işi üzrə məhkəmə istintaqı yekunlaşdı