B
əş
ir S
ü
leymanl
ı
v
ə
Samir Kaz
ı
ml
ı
is
ə
s
ə
dr m
ü
avinl
ə
ri oldular
İyulun 24-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ümumi yığıncağı keçirilib. Yığıncaqda SMDT-nin İdarə Heyətinə yeni üzvlər seçilib. Anar Məmmədli yenidən SMDT-nin sədri, Bəşir Süleymanlı və Samir Kazımlı isə sədr müavinləri seçiliblər.
SMDT Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. SMDT 1 dekabr 2008-ci ildə, qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) bazası əsasında təsis olunub. SMM 2001-ci il 24 iyulda təsis edilib. 14 may 2008-ci ildə isə SMM-in qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai rayon Məhkəməsi tərəfindən ləğv edilib. SMDT 2009-cu ildə Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etsə də, bu müraciət təmin edilməyib və SMDT məhkəməyə birləşmək hüququnun pozulması iddiası üzrə şikayət edib. Ancaq daxili məhkəmlər SMDT-nin şikayətini təmin etmədiyi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
SMDT ATƏT-ə üzv olan ölkələrin QHT-lərini birləşdirən Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO), Şərq Tərəfdaşlıq ölkələri Vətəndaş Cəmiyyəti Forumu, Parlament Monitorinq Təşkilatları Şəbəkəsi (PMO) və Demokratik Seçkilər üzrə Avropa Platformasının (EPDE) üzvüdür.
2014-cü ilin mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə SMDT-nin rəhbəri Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Yerli və beynəlxalq hüquq müdafiəçilərinin fikrincə, onların həbs olunmasının əsl səbəbi SMDT-nin fəaliyyəti, seçkiləri müşahidə edib rəy vermələri, xüsusilə də 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkiləri zamanı ciddi qanun pozuntularına yol verilməsi haqda rəy vermələridir. Yerli və beynəlxalq ictimaiyyət onların dərhal azad edilməsini istəyir.