Dekabrın 20-də atası Asəf Məmmədov Anar Məmmədli ilə görüşmək istəsə də, karantində olduğunu əsas gətirərək buna icazə verməyiblər
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli və mərkəzin direktoru Bəşir Süleymanlı saxlandıqları təcridxanadan Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Bu haqda Azadlıq Radiosuna məhbusların yaxınları məlumat verib.
Onların dediyinə görə, Anar Məmmədli dekabrın 18-də Qaradağdakı 13 saylı, Bəşir Süleymanlı isə dekabrın 19-da Binə qəsəbəsində yerləşən 2 saylı həbsxanaya köçürülüb.
Dekabrın 20-də atası Asəf Məmmədov Anar Məmmədli ilə görüşmək istəsə də, karantində olduğunu əsas gətirərək buna icazə verməyiblər.