Qalib sentyabrın 28-də müəyyənləşdirilib, bir gün sonra elan olunacaq. Mükafatın məbləği 79 min dollardır.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) həbsdə olan rəhbəri Anar Məmmədli 2014-cü il Vastlav Havel İnsan Hüquqları Mükafatına 3 namizəddən biridir. Azadlıq Radiosu xəbər verir ki, Avqustun 26-da Praqada toplaşan panel iki təşkilatı da qısa siyahıya salıb. Bunlar israilli və fələstinlilərin hüquqlarını müdafiə edən İsrailin B’tselem təşkilatı və sığınacaq axtaranların hüquqlarını müdafiə edən beynəlxalq Jesuit Qaçqın Xidmətinin Malta filialıdır.
Azadlıq Radiosunun bildirdiyinə görə, finalçılar 56 namizəd içindən seçilib. Qalib sentyabrın 28-də müəyyənləşdirilib, bir gün sonra elan olunacaq. Mükafatın məbləği 79 min dollardır.
İkinci ildir verilən mükafatın məqsədi insan hüquqlarını müdafiə fəaliyyətini qiymətləndirməkdir. Ötən il mükafat Belarus hüquq müdafiəçisi Ales Byalyatskiyə verilib.
SMDTM rəhbəri Anar Məmmədli dekabrın 17-də həbs olunub. Baş Prokurorluq A. Məmmədlinin sədri olduğu təşkilata oktyabrın 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda da suçlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay azadlıqdan məhrum edib.