
Mənbə: Azərtac
Başlıq: Anar Kərimov
Anar Kərimov mədəniyyət naziri təyin olundu
Nazirin iki birinci müavini olacaq
Anar Kərimov Azərbaycanın mədəniyyət naziri təyin olunub.
Bu barədə dövlət başçısı İlham Əliyev yanvarın 5-də sərəncam imzalayıb.
Anar Kərimov iyulun 20-də nazirin müavini vəzifəsinə təyin edilib.
Prezident həmin gün nazirliyin strukturunda dəyişiklik edərək, birinci müavinlərin sayını ikiyə çatdırıb.
Digər sərəncamları ilə İlham Əliyev Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimovu vəzifəsindən geri çağıraraq, mədəniyyat nazirinin birinci müavini vəzifəsinə təyin edib.
Daha sonra prezident onu mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs kimi təyin edib.
Anar Kərimov 2014-cü ildən Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsində işləyirdi.
Əbülfəz Qarayev mayın 21-də mədəniyyət naziri vəzifəsindən azad edilib.
Səbəb kimi Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat göstərilib.
Əməliyyat nəticəsində nazirin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunublar.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019