Anar Bağırov: Vəkil Elinanın ölüm işi ilə bağlı yuxarı məhkəmə instansiyasına müraciət edə bilər

Anar Bağırov bildirib ki, vəkil qərardan razı olmadığı təqdirdə şikayət verə bilər və yuxarı instansiya məhkəməsindən həmin qərara yenidən baxıb başqa qərar qəbul etməsini xahiş edər.

Source:


“Məhkəmə qərarı müzakirəyə çevrilməməlidir”

“Bütün dünyada vəkillərin davranış qaydaları əsasnaməsinə uyğun olaraq məhkəmə qərarı müzakirəyə çevirməməlidir”.

Bunu Meydan TV-ə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O, bunu 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovaya oxunan hökmlə bağlı bildirib.

Hökmə əsasən

Sevinc Abbasova

ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq.

Hökm media və sosial şəbəkələrdə etirazla qarşılanıb.

Anar Bağırov bildirib ki, vəkil qərardan razı olmadığı təqdirdə şikayət verə bilər və yuxarı instansiya məhkəməsindən həmin qərara yenidən baxıb başqa qərar qəbul etməsini xahiş edər.

“Məhkəmə qərarını ictimai müzakirəyə çıxartmağı vəkil özünə yaraşdırmamalıdır. Bu, vəkillik etikasına ziddir. Məlum işə çıxan vəkillər savadlı və peşəkardırlar”, – Anar Bağırov deyib.


Elina Hacıyeva

2019-cu ilin aprelində oxuduğu məktəbin pəncərəsindən özünü ataraq, intihar edib. Bildirilir ki, Elinaya məktəb yoldaşları tərəfindən edilən təzyiqlər hadisəyə səbəb olub.

2019-cu il aprelin 22-də

Anar Bağırov

ailənin vəkil üçün maddi dəstəyə ehtiyacı olması barədə məqaləni oxuyandan dərhal sonra özü Elina Hacıyevanın anası Sevil Hüseynovanın telefonunu axtarıb tapdığını və onları vəkillə təmin etməyə hazır olduğunu demişdi.

Ana səhifəSiyasətAnar Bağırov: Vəkil Elinanın ölüm işi ilə bağlı yuxarı məhkəmə instansiyasına müraciət edə bilər