“Onlardan 24 nəfəri həlak olub, 49 nəfəri isə xəsarət alıb”
İndiyədək Azərbaycanın işğaldan azad edilən ərazilərində 73 mülki şəxs minaya düşüb.
Bu barədə “AZƏRTAC” Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən məlumat yayıb.
Bildirilir ki, onlardan 24 nəfəri həlak olub, 49 nəfəri isə xəsarət alıb.
“Statistik təhlil göstərir ki, mina hadisələrinin 51 faizi azad edilmiş ərazilərə qanunsuz daxil olma, 26 faizi təmizlənmiş ərazidən kənara çıxma halları zamanı baş verib”, – məlumatda belə deyilir.
Noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində da Daxili Qoşunların iki hərbçisi minaya düşmüşdü.
Noyabrın ikinci ongünlüyündə Laçında və Cəbrayıl rayonlarında 2 nəfər minaya düşüb.
33 yaşlı Mahir Əbilov noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşüb, nəticədə onun sağ ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.
Cəbrayıl rayonunda isə Natiq Mamedov tikinti işləri aparan zaman minaya düşüb.
Onun da sağ ayağın amputasiya edilib.
2020-ci il noyabrın 10-dan bu ilin sentyabrın 28-ə qədər 5430 hektar ərazi minalardan təmizlənib, 24 min 925 mina və PHS aşkarlanıb.sursatlardan təmizlənib.