ANAMA: Füzulidə 3 mülki şəxs minaya düşüb, həlak olan var (yenilənib)

Yaralıların müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir

Mənbə: Youtube screen


21.30.


Füzuli rayon prokurorluğundan “Operativ Media”ya bildirilib ki, fevralın 2-də saat 17 radələrində vətəndaşlar 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53" markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində B.İmanov həlak olmuş, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.


Faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb

***


Yaralıların müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxsin minaya düşdüyü bildirilir.

Bu barədə ANAMA məlumat yayıb.

Bildirilir ki, həmin şəxslər kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüblər.

Məlumata görə, minaya düşənlərdən 1-i yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ana səhifəSosialANAMA: Füzulidə 3 mülki şəxs minaya düşüb, həlak olan var (yenilənib)