Analizlər dənizdən tapılan meyitin kimliyini müəyyən etdi

Cavid Bəhramovun olduğu güman edilən meyit Elçin Həsənova məxsus imiş

Source:
Neft estakadası
Neft estakadası



Cavid Bəhramovun olduğu güman edilən meyit Elçin Həsənova məxsus imiş

Martın 4-də Xəzərdən tapılan meyitin kimliyi ilə bağlı aparılan genetik analizlərin nəticəsi fərqli olub. Martın 6-da həmin şəxsin  “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın uçması nəticəsində itkin düşən operator Cavid Bəhramov olduğu haqda məlumat yayıldı.

“Azneft” İB-də yaradılan qərargahdan APA-ya verilən məlumatda bildirilirdi ki, ailəsi ümumi müayinə zamanı mərhumu tanıyıb və Cavid Bəhramov olduğunu təsdiqləyib.

Martın 7-də açıqlanan genetik analizlər isə meyitin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “avadanlığın təmiri və xidməti üzrə mexanik” vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Həsənov Elçin Yaqub oğluna məxsus olduğunu müəyyən edib.

Məlumatı qərargahdan təsdiqləyiblər.

Meyit neftçinin ailəsinə təhvil veriləcək.

2016-cı ilin dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.

Olayın araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

Ana səhifəXəbərlərAnalizlər dənizdən tapılan meyitin kimliyini müəyyən etdi