Anaların ayaqları altındakı cənnət

O möhtərəm, möminə qadın…

Source:

İllər keçmişdi… 1990-cı ilin 20 yanvarından 24 il keçirdi… 2004-cü ilin 2 aprelində həbsdən çıxandan sonra yenə üzrxahlıq etmək istəyirdim… Amma, yenə alınmırdı…

Dəyərli dostum İntiqam bəyin həbsdən çıxıb evə gəldiyi zaman qarşılanma səhnəsinin videosuna baxdım. ”Anacan! Anacan! Anacan!” – təkrar-təkrar deyərək, möhtərəm möminə anasının göz yaşlarını qabaqlamaq istəyirdi…

Analar… Analar… Analar… Sizlər nə qədər möhtəşəmsiniz!

O kadrlara baxdıqda, rəhmətlik əziz anam yadıma düşdü. Həbsdən çıxdıqdan sonra, bir gün dərdləşəndə, bir növ üzrxahlıq edərək, nə isə danışmaq istəyirdim. Çətin idi. 1941-ci il təvəllüdlü ali təhsilli neft mühəndisi olan anama, Stalinin “культ личности” dövrünü görmüş, Xruşşovun “оттепель”ini görmüş, Brejnevin «застой»unu, Andropovun «завинчивание гаек» təşəbbüsünü, Qorbaçovun «гласность», “перестройка”sından tutmuş, 20 Yanvar cinayətində qədərini yaşamış anama nə isə demək, verdiyim əziyyətlərə görə üzrxahlıq etmək istəyirdim …

Amma bizim onunla siyasətdən danışma fürsətimiz olmamışdı…

İllər öncə – leninizmin mif olduğu üzə çıxan keçən əsrin səksənlərində, mətbəxdə heç kim olmadığı zaman, sakitcə: “Belə çıxır ki, Lenin də zay adam imiş?” soruşanda, dolayı cavabı ilə hər şeyi mənə başa salan əziz anam…

Anacan, mən belə üzrxahlıqlar öncələr də etmək istəmişdim. Amma alınmamışdı…

Sonradan bu pasport alma minbir müsibətlə başa gəlmişdi. Bir dəfə də, elə yenə də 20 Yanvardan sonra məktəbdə apardığımız anti-sovet təbliğatına, imperiyanın qəsbkar siyasətinə etiraza görə az qala məktəbi bitirməyə ciddi maneə yaradılmağa qədər problem yaranmışdı. O zaman valideynlərim məktəbə çağırılanda da, üzrxahlıq etmək istəyirdim…

20 Yanvardan sonra yetkinlik yaşına çatmaq üçün pasport almağa müraciət etdiyimiz zaman, qeyri-adekvat ictimai rəftarına görə pasport şöbəsinin rəisini ictimai tənqid etməli olmuşdum. Sonradan bu pasport alma minbir müsibətlə başa gəlmişdi. Bir dəfə də, elə yenə də 20 Yanvardan sonra məktəbdə apardığımız anti-sovet təbliğatına, imperiyanın qəsbkar siyasətinə etiraza görə az qala məktəbi bitirməyə ciddi maneə yaradılmağa qədər problem yaranmışdı. O zaman valideynlərim məktəbə çağırılanda da, üzrxahlıq etmək istəyirdim…

İllər keçmişdi… 1990-cı ilin 20 yanvarından 24 il keçirdi… 2004-cü ilin 2 aprelində həbsdən çıxandan sonra yenə üzrxahlıq etmək istəyirdim… Amma, yenə alınmırdı…

Dillə ifadə edilən deyil idi… Yəni, nə deyəydim?! Bağışla məni. Ona görə ki, məni belə böyütmüsən, insan olmaq, insan qalmaq istəyirəm. Bunumu deyəydim sənə?

Sonuncu dəfəsi də yadımdadır… Bu dəfə, bir az siyasi söhbət də etdik. Sadə, lakonik, ancaq tam dərin və məzmunlu. Əsil bəlağət və fəsahət qaydalarına uyğun olaraq. Cümə günü idi. Anamın xəstəliyi ilə bağlı əziz İmam Rzanın (ə) qonağı idik.

Vətəndən daha bir ruhaninin həbsi xəbəri gəldi. Bununla bağlı açıqlama-status yazdım. Statusun hərarətindən məni əndişələnmiş görən anama: ”Bilirsən, ana, ölkə insanı iki seçim arasında qalıb: insan qalmaq, ya həşarata çevrilmək. İnstinktlərin quluna çevrilib sürünmək, ya Allah bəndəsi olaraq, iradəli varlıq kimi izzətli olmaq vəcdini yaşamaq”.

Hə, əziz Analar! Canımız, əzizimiz Həzrət Fatiməyi-Zəhranın (s.ə) mövludu ərəfəsindəyik.

Cənnət Sizin ayaqlarınız altındadır. Çünki ora keçən yol, Sizin pak ətəklərinizdən keçir. Sizin dürüst tərbiyənizdən keçir. Sizin: “İnsaflı davran, yoxsa südümü sənə halal etmərəm” kimi nəsihətlərinizdən keçir. Sizin bu robotlaşan, zombiləşən, mexanikləşən, eqolaşan dünyanın içində, bütün fədakarlıqlara qatılıb, insan övladını dünyaya gətrimək şərəfli missiyanızdan keçir…

Əziz analar! Əziz analar! Əziz analar!

Bayramınız mübarək!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAnaların ayaqları altındakı cənnət