Ana müxalifətin kövrək qolları

Rüstəm İbrahimbəyov sizə dərs olmadı?

Source:



Bir anın içində müxalifət, demokratik düşərgə, etirazçı kəsim psixoloji meqaorqazm keçirir. Bir facebook statusu ilə mən, yəni iyirmi il rejimə xidmət edən adam oluram inqilabçı, üsyankar, qəhrəman. Ana müxalifət öz kövrək qollarını açıb, facebook üsyankarını bağrına basır. Keçib otururam yuxarı başda. Bu da digər hiyləgərlərə, neft pularının bitməyindən kürkünə birə düşənlərə gözəl bir nümunə olur. Balaca-balaca, yekə-yekə üsyankarlar peyda olur. Bu üsyankarla on, on beş, iyirmi ildir ki, xidmət etdikləri rejimin bir-birə” mahiyyətini anlamış olurlar”.

Son aylar bir-birinin ardınca iqtidar sıralarından müxalifətə keçənlərin sayı artır. “Üsyankar səfir”, “üsyankar müstəntiq”, “üsyankar mügənni” və daha kimlər. İşin maraqlı tərəfi, bu üsyankarların birdən-birə və bir-birinin ardınca peyda olması deyil. İşin maraqlı tərəfi demokratik düşərgənin, müxalifətin bu adamlara göz qırpımında qucaq açmasıdır.

Gəlin, bir anlıq təsəvvür edək ki, mən yüksək dövlət qulluğundayam. Gəncliyimi, ağlımın ən yaxşı işləyən vaxtlarını bu rejimə qulluq etməklə keçirirəm. Vəzifəm ildən-ilə böyüyür. Sonra gəlib, tutaq ki, səfir oluram. Yenə illər uzunu rejimə xidmət edirəm. Xarici ölkələrin rəsmiləri ilə danışıqlarda Azərbaycanın inkişafından, çiçəklənməsindən danışıram. Ölkədəki haqsızlıqlar, pozulan insan haqları, həbs olunan müxalifətçilər, jurnalistlər barədə bir kəlmə də olsun, danışmıram. Belə halların mövcudluğunu inkar edirəm.

Müxalifəti söyürəm, lağa qoyuram, rejimə etiraz edənlərin “xarici qara qüvvələrdən maliyyələşən, ölkənin inkişafını gözü götürməyən vətən xainləri adlandırıram”. Bu müddət ərzində ölkənin meşələri hasarlanır, inhisarlar baş alıb-gedir, neft pulları ciblərə axıdılır, büdcə talanır, ağzını açıb etiraz edənlər həbs edilir. Həbs olunmayanlar satın alınır, sındırılır, ölkədən qovulur, təqiblərə məruz qalır.

Mən bütün bunları görə-görə, yenə də rejimə xidmət edirəm. İmtiyazlardan faydalanıram. Kef edirəm. Günlərin birində neftin qiyməti sürətlə düşməyə başlayır. Ölkədə qeyri-müəyyən bir vəziyyət yaranır. Bilmək olmur ki, kimin axırı necə olacaq. Mən artıq öz gələcəyimin bu cür uğurla davam edəcəyindən əmin deyiləm. Buna görə də, özümü sığortalayıram və götürüb bir facebook statusu yazıram ki, ay aman, qoymayın, ölkəni pis günə qoyublar!

Bir anın içində müxalifət, demokratik düşərgə, etirazçı kəsim psixoloji meqaorqazm keçirir. Bir facebook statusu ilə mən, yəni iyirmi il rejimə xidmət edən adam oluram inqilabçı, üsyankar, qəhrəman. Ana müxalifət öz kövrək qollarını açıb, facebook üsyankarını bağrına basır. Keçib otururam yuxarı başda. Bu da digər hiyləgərlərə, neft pularının bitməyindən kürkünə birə düşənlərə gözəl bir nümunə olur. Balaca-balaca, yekə-yekə üsyankarlar peyda olur. Bu üsyankarlar on, on beş, iyirmi ildir ki, xidmət etdikləri rejimin bir-birə” mahiyyətini anlamış olurlar”. Etiraz bəyanatları, istefa ərizələri yazır, ifşalar edirlər.

Ana müxalifət isə öz kövrək qolların açıb, hamısını qucaqlamağa, titrək barmaqları ilə saçlarını tumarlamağa davam edir. Psixoloji meqaorqazm da ki, permanent bir hala çevrilir. Bir ağıllı da tapılıb, soruşmur ki, ay qardaş, bəs iyirmi ildir niyə görmürdün bunu?

Bu nədir? Iyirmi il bir rejimə xidmət edən adamlar qəfil bəyanatla, qəfil müraciətlə üsyankar, qəhrəman elan olunursa, bunun adı nə ola bilər? Müxalifətin heç olmasa, hansısa, necəsə, kimdənsə bir dəstəyə aclığı, fağırlığı, yoxsa sadəlövhlük, avamlıq? Bəlkə, siyasi görməmişlik? Ayıb deyilmi? Tutaq ki, siz lap siyasi dəyişiklik elədiniz. Kiminlə, kimlərlə etmək istəyirsiniz o dəyişikliyi. On il, iyirmi il hər cür allahsızlığa, insafsızlığa göz yuman, ancaq neft pulları bitəndə vicdanı oyanan “batan gəminin siçovulları” ilə?

O necə vicdandır ki, neftə, neftin qiymətinə, dolların kursuna bağlıdır. O nə vicdandır ki, on il, iyirmi il susur, sonra birdən oyanır. Bu nə rasional, bu nə gəlirini-çıxarını bilən vicdandır axı? Nə zor, nə bomba vicdandır bu, İlkin Rüstəmzadə demişkən? Görmədiniz iyirmi ildən sonra oyanan vicdanın kəramətini? Rüstəm İbrahimbəyov sizə dərs olmadı?


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAna müxalifətin kövrək qolları