Hazırda “Ana fəryadı” abidəsinin önündə polislə gənclər arasında qarşıdurma davam edir. Bundan bir neçə dəqiqə əvvəl AXCP sədri Əli Kərimli ilə polis arasında da qarşıdurma olub. AXCP sədrinin avtomobilini metroya tərəf buraxmadıqlarından cəbhəçi gənclər Qarabağın azad olunması ilə bağlı müxtəlif şüarlar səsləndiriblər. Bu isə polislərin onlara təziqi ilə nəticələnib. Yalnız müəyyən danışıqlardan sonra sakitlik yaranıb və Əli Kərimli avtomobilə doğru bir neçə metr piyada getməli olub. Hazırda Milliyətçi Gənclər Təşkilatı “Rus, fars, erməni, bunlar türkün düşməni!” şüarı ilə ərazidə yürüş keçirirlər. Polis onları müşayiət etsə də, aksiyanı dayandırmır. Gənclər müxtəlif vətənpərvərlik mahnıları və şüarları səsləndirilər.