Aksiyada əsas diqqət siyasi məhbusların durumu olub
Dekabrın 10-da Amsterdamda azərbaycanlı mühasirlər Azərbaycanda insan hüquqlarının durumuyla bağlı aksiya keçiriblər. Aksiya zamanı üzərlərində siyasi məhbusların rəsmləri əks olunmuş köynəkdə olan mühacirlər Hollandiya ictimaiyyətinə öz ölkələrindəki vəziyyət barədə hazırladıqları bukletləri paylayıblar.
Aksiyada əsas diqqət siyasi məhbusların durumu, rəsmi Bakının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməməsi olub.