Amnistiya başlayıb, Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxıldı

Məhkumların azad edilməsi mərasimdə Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak edib.

Source:
Nailə Quliyeva

Azərbaycanda amnistiya aktının icrasına başlanılıb. Amnistiya bir neçə min insanı əhatə edəcək, lakin siyasi məhbuslara şamil olunmayacaq.

Amnistiya aktına əsasən böyük ictimai təhlükə doğurmayan cinayətlərə görə həbs olunanlar, az ağır cinayətlərə görə tutulan qadınlar, cinayət törətdiyi zaman 18 yaşı olmayanlar, 60 yaşına çatan kişilər amnistiyaya düşəcək.

Hakimiyyət amnistiyanın icrasını 15 iyuna – Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişinin qeyd olunduğu günə həsr edib.

Gununsesi.info xəbər verir ki, Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva da azadlığa buraxılıb.

Uzun illər keşmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva amnistiya aktına düşənlər sırasında olduğu üçün azad edilib.

Amnistiya aktının şamil olunduğu qadın məhkumlardan üçü bu gün azadlığa buraxılıb. Bağışlanma aktına düşən digər məhbusların dörd ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur.

Məhkumların azad edilməsi mərasimdə Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak edib.

Ana səhifəXəbərlərAmnistiya başlayıb, Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxıldı