“Amnesty İnternational”dan Leyla Yunusun azad olunması çağırışı

“Hakimiyyət ona tibbi yardım göstərməkdən və ya dərman verməkdən imtina edir”

Source:


“Hakimiyyət ona tibbi yardım göstərməkdən və ya dərman verməkdən imtina edir”

“Amnesty İnternational” təşkilatı avqustun 30-da həbs olunan hüquq müdafiəçisi Leyla Yunusun dərhal və şərtsiz azad olunmasına ilə bağlı hakimiyyətə çağırış edib.

Təşkilatın avqusun 12-də yaydığı bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti şəkər xəstəliyi və böyrək çatışmazlığı ilə bağlı Leyla Yunusa tibbi yardım göstərməkdən və ya dərman verməkdən imtina edir.

“57 yaşlı Leyla Yunus  ağrılardan və zəiflikdən şikayətlənir, ancaq həbsxana rəhbərliyi onu xəstəxanaya köçürmür.  Leyla Yunusa həbsxanaya dərman gətirən həyat yoldaşı, politoloq Arif Yunus da həbs olunub” – deyə bəyanatda bildirilir (“Azadlıq” qəzeti).

Ana səhifəXəbərlər“Amnesty İnternational”dan Leyla Yunusun azad olunması çağırışı