Amnesty İnternational Yunusların xaricə buraxılması tələbilə kampaniyaya başlayıb

”Onlar əvvəlkitək saxta ittihamla məhkum olunmuşlar hesab edilir”

Source:


”Onlar əvvəlkitək saxta ittihamla məhkum olunmuşlar hesab edilir”

Amnesty İnternational hüquq-müdafiə təşkilatı Leyla və Arif Yunusların xaricə müalicəyə getmək  üçün Azərbaycandan buraxılması tələbilə kampaniyaya başlayıb.

Təşkilatın məlumatında deyilir ki, Azərbaycan hakimiyyəti tanınmış hüquq müdafiəçiləri və vicdan məhbusları Leyla və Arif Yunusların təcili müalicəyə getməsinə hər vəchlə maneçilik törədir.

Beynəlxalq ictimaiyyətin təkidli tələblərindən sonra cütlük şərti olaraq azadlığa buraxılıb, lakin onların üzərindən cəza götürülməyib. Onlar əvvəlkitək saxta ittihamla məhkum olunmuşlar hesab edilir.

Amnesty International bütün arzu edənləri cütlüyü dəstəkləyərək Azərbaycan prezidentinin və baş prokurorun elekron poçt ünvanına məktun yazmaqla uydurma ittihamların onların üzərindən götürülməsini, onların müalicəsi Azərbaycanda olmadığından xaricə buraxılmalarını tələb etməyə çağırıb.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus 2014-cü il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanət də daxil olmaqla, bir çox ağır cinayətlərdə ittiham edilir. 2015-ci ilin avqustunda 8,5 il müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin dekabrında bu müddət şərti həbs cəzası ilə əvəzlənib.

Ana səhifəXəbərlərAmnesty İnternational Yunusların xaricə buraxılması tələbilə kampaniyaya başlayıb