“Amnesty İnternational” – Rəsul Cəfərov vicdan məhbusudur

“O, son dörd ayda cinayət işinin qaldırıldığı beşinci şəxsdir”

Source:


“O,


son d


ö


rd ayda cinay


ə


t i


ş


inin qald


ı


r


ı


ld


ığı


be


ş


inci


şə


xsdir



Beynəlxalq ümuməvf təşkilatının (“Amnesty International”) “Azərbaycan: daha bir tanınmış hüquq müdafiəçisi dəmir barmaqlıqlar arxasına atılıb” adlı bəyanatında deyilir: “İnsan Hüquqları Klubunun təsisçisi və 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı insan haqları kampaniyasının koordinatoru Rəsul Cəfərov avqustun 2-də həbs edilib. Eyni gün Bakı məhkəməsi ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma), 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürərək onun haqqında həbs qətimkan tədbiri seçib”.

“Amnesty International” Rəsul Cəfərovun insan haqları müdafiəçisi olduğuna görə cinayət itithamlarının irəli sürüldüyünü və onun ifadə və toplaşmaq azadlığı hüququndan istifadə etmək istədiyinə görə azadlıqdan məhrum edildiyini bildirib.

Beynəlxalq ümuməvf təşkilatı Rəsul Cəfərovun fəaliyyəti ilə haqda məlumat verərək Azərbaycan rəsmilərinin 2010-cu ildə onun qeyri-hökumət təşkilatının qeydə alınmasına imkan vermədiyini bildirib.

“O, 2014-cü il iyulun 30-da daha bir tanınmış hüquq müdafiəçisi Leyla Yunusun oxşar ittihamlarla həbsinin ardınca həbs edilir. 2014-cü il mayın 26-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli və icraçı direktoru Bəşir Süleymanlı eyni ittihamlarla 5 il 6 ay və 3 il 6 ay müddətinə məhkum ediliblər.

Azərbaycanda müstəqil insan haqları və demokratiya tərəfdarı təşkilatları uzun zamandır təqib və məhdudiyyətlərlə qarşılaşır. Qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmaması onların başçılarının məhdud hüquqi çərçivədə fəaliyyət göstərməsindən başqa seçim qoymur, bu isə sonradan rəsmilər tərəfindən cinayət işinin qaldırılması üçün bəhanə kimi istifadə edilməsinə gətirib çıxarır. Rəsul Cəfərov son dörd ay ərzində bu əsaslarda cinayət işinin qaldırıldığı beşinci şəxsdir”.

““Amnesty International” Rəsul Cəfərovu vicdan məhbusu hesab edir. Azərbaycanda vicdan məhbusu hesab edilən vətəndaş cəmiyyətinin başqa 20  fəalı var” – bəyanatda bildirilir (Turan İA).

Ana səhifəXəbərlər“Amnesty İnternational” – Rəsul Cəfərov vicdan məhbusudur