Amnesty İnternational NİDA fəallarının azad edilməsinə çağırıb

Təşkilat Azərbaycan hakimiyyətindən fikir azadlığına görə həbs olunanların dərhal qeyd-şərtsiz azad olunmasına, ifadə, birləşmək və sərbəst toplaşmaq azadlığına hörmət etməyə çağırır

Source:


Təşkilat  Azərbaycan hakimiyyətindən fikir azadlığına görə  həbs olunanların dərhal qeyd-şərtsiz azad olunmasına, ifadə, birləşmək və sərbəst toplaşmaq azadlığına hörmət etməyə çağırır

“NİDA Vətəndaş Hərəkatının iki üzvü – Zaur Qurbanlı və Üzeyir Məmmədli dekabrın 29-da sərbəst buraxılıb. Şahin Novruzlu, Bəxtiyar Quliyev isə  2014-ci ilin oktyabrın 18-də  prezidentə müraciət nəticəsində buraxılıblar. Digər 5 üzv isə hələ də barmaqlıqlar arxasında qalır”, – Amnesty İnternational təşkilatının bəyanatında deyilir.

Təşkilat  Azərbaycan hakimiyyətindən fikir azadlığına görə  həbs olunan Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov İlkin Rüstəmzadə və Ömər Məmmədovun dərhal qeyd-şərtsiz azad olunmasına, ifadə, birləşmək və sərbəst toplaşmaq azadlığına hörmət etməyə çağırır.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA fəallarını 2013-cü il 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsiri bilərək 6 ildən 8 ilədək müxtəlif müddətli həbsə məhkum edib.

Amnesty İnternational 8 NİDA fəalının hamısını “vicdan məhbusu” elan edib.

Daha sonra NİDA-çı gənclər prezidentə müraciət ediblər

Ana səhifəXəbərlərAmnesty İnternational NİDA fəallarının azad edilməsinə çağırıb