”Amnesty İnternational” Lapşinlə bağlı çağırış etdi

”Bloqqer azad edilməli, cinayət təqibinə isə xitam verilməlidir”

Source:


”Bloqqer azad edilməli, cinayət təqibinə isə xitam verilməlidir”

“Amnesty İnternational” təşkilatı Azərbaycan hakimiyyətini bloqqer Aleksandr Lapşini azad etməyə çağırıb.

Məlumatı “Turan” yayıb.

Təşkilatın bəyanatında deyilir ki, Lapşin ədalətsiz məhkəmə təhqiqatına məruz qala bilər, buna görə bloqqer azad edilməli, cinayət təqibinə isə xitam verilməlidir.

Aleksandr Lapşin fevralın 7-də xüsusi reyslə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarının müşaiyəti ilə Minskdən Bakıya gətirilib. Üç ölkənin vətəndaşı olan Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönəlmiş yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlər”Amnesty İnternational” Lapşinlə bağlı çağırış etdi