“Həbsxana şəraiti onun səhhətinə çox mənfi təsir göstərib”
Fevralın 16-da Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty İnternational) həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin səhhəti ilə bağlı çağırış edib. Qurum bununla bağlı bəyanat yayıb.
“Azərbaycanlı hüquq müdafiəçisi və vicdan məhbusu İntiqam Əliyevin səhhəti pisləşməkdə davam edir. Bunu səbəbi onun həbsxana şəraitində lazımi müayinə ilə təmin edilməməsidir. Fevralın 24-də Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılacaq”, – bəyanatda deyilir.
Sənəddə qeyd olunur ki, İntiqam Əliyevin səhhətində qan dövriyyəsi və sinir sistemi ilə bağlı ciddi problemlər hələ də qalmaqdadır. Həbsxana şəraiti onun səhhətinə çox mənfi təsir göstərib:
“Ali Məhkəmə keçiriləcək prosesdə hüquq müdafiəçisi ilə bağlı seçilmiş 7.5 illik həbs qərarını effektiv olaraqı ləğv edə və ya yenidən baxışına göndərə bilər”.
İntiqam Əliyev səhhəti ilə əlaqədar 26 yanvar tarixində Ali Məhkəmədə keçirilən prosesdə iştirakından imtina etmişdi. O, məhkəmədən ədalətli qərar gözləntisi olmadığını vurğulayır.