Amnesty İnternational Azərbaycanla bağlı ümid edir

Martın 28-də nəhayət ki, məşhur vəkil-hüquq müdafiəçisi və hökumətin tənqidçisi İntiqam Əliyev azad edilib

Source:


Martın 28-də nəhayət ki, məşhur vəkil-hüquq müdafiəçisi və hökumətin tənqidçisi İntiqam Əliyev azad edilib

Son iki ay Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin bir qədər dəyişəcəyinə ümid yaradıb. Bu barədə məşhur hüquq müdafiə təşkilatı olan Amnesty İnternational-ın məlumatında deyilir.

Aprelin 19-da Azərbaycan hakimiyyəti nəhayət keçmiş vicdan məhbusları Leyla Yunus və Arif Yunusun müalicə üçün Niderlanda getməsinə icazə verib, onlar nəhayət ki, qızları Dinaraya qovuşublar.

Bundan əvvəl prezident İlham Əliyevin martın 17-də imzaladığı fərmanla 10 vicdan məhbusu – NİDA Gənclər Hərəkatının üzvləri Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov və Məmməd Əzizov; hüquq müdafiəçiləri Rəsul Cəfərov, Hilal Məmmədov və Anar Məmmədli, habelə müxalifət fəalları Yadigar Sadıqov, Sirac Kərimov və Tofiq Yaqublu azadlığa çıxıb.

Həmçinin, siyasi motivli ittihamlarla həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov və jurnalist Rauf Mirqədirov azad edilib.

Martın 28-də nəhayət ki, məşhur vəkil-hüquq müdafiəçisi və hökumətin tənqidçisi İntiqam Əliyev azad edilib. O, 2014-cü ilin avqustunda həbs edilib və 2015-ci ilin aprelində saxtalaşdırılmış vergilərdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə yeddi il yarım həbs cəzasına məhkum edilib.

11 vicdan məhbusunun azad edilməsinə və Leyla və Arif Yunusun ölkəni tərk etmək qadağasının ləğvinə – bu gözəl xəbərlərə baxmayaraq, Azərbaycan həbsxanalarında hələ də yeddi vicdan məhbusu saxlanılır. Amnesty İnternational onların dərhal və qeyd-şərtsiz azad edilməsi üzrə kampaniyanı davam etdirəcək, deyə məlumatda bildirilir.



“Turan” İA

Ana səhifəXəbərlərAmnesty İnternational Azərbaycanla bağlı ümid edir