AMİP sədrinin səlahiyyətlərini Arzuxan Əlizadə icra edəcək

Y. Bağırzadənin səhhəti ilə əlaqədar sədrlikdən və partiyadan istefa verməsi barədə ərizəsi təsdiqlənib

Source:

Y. Bağırzadənin səhhəti ilə əlaqədar sədrlikdən və partiyadan istefa verməsi barədə ərizəsi təsdiqlənib

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri Yusif Bağırzadənin istefa ərizəsi qəbul olunub.

APA-nın məlumatına görə, ərizəyə Siyasi Şuranın iclasında baxılıb. Şura Y. Bağırzadənin səhhəti ilə əlaqədar sədrlikdən və partiyadan istefa verməsi barədə ərizəsini təsdiqləyib. Onun səlahiyyətləri yeni sədrin seçilməsinə qədər partiyanın baş katibi Arzuxan Əlizadəyə verilib.

Ana səhifəXəbərlərAMİP sədrinin səlahiyyətlərini Arzuxan Əlizadə icra edəcək