AMİP seçkilərə gedir, Azad Demokratlar isə yox

Elşən Mustafayev bildirib ki, Siyasi Şurada ilkin olaraq 11 dairədən namizədlərin irəli sürülməsi barədə qərar qəbul olunub.

Foto: arxiv


Partiyanın Ali Məcliai seçkilərdə iştirakı məqsədəuyğun saymayıb

Dekabrın 14-də iki partiya gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı qərarlarını aşçqlayıb.

AMİP Siyasi Şurası Mərkəzi Şuranın qərarına əsasən seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi ilə bağlı məsələni müzakirə edib.

Məlumatı Meydan TV-yə beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev verib.

78969132_10156659061991954_8258715789398376448_o.jpg
Elşən Mustafayev

Elşən Mustafayev bildirib ki, Siyasi Şurada ilkin olaraq 11 dairədən namizədlərin irəli sürülməsi barədə qərar qəbul olunub.

Siyasi Şura Əli Orucovun 9 saylı Binəqədi ikinci, Elşən Mustafayevin 15 saylı Yasamal birinci, Rəşad Bayramovun 22 saylı Nəsimi ikinci, Məmmədli Səfərovun 25 saylı Nizami ikinci, Arzuxan Əlizadənin 26 saylı Sabunçu birinci, Tapdıq Həsənovun 79 saylı İmişli, Elman Bayramovun 81 saylı Beyləqan, Teyyub Hüseynlinin 88 saylı Göyçay, Loğman Əliyevin 90 saylı Ağdaş, Bəhmən Xanəlizadənin 111 saylı Zaqatala-Balakən, Süleyman Həsənbəylinin 119 saylı Ağdam kənd dairələrindən namizədliklərini irəli sürmələrini təsdiqləyib.

Azad Demokratlar Partiyasının Ali Məclisi isə parlament seçkilərində iştirakı məqsdəəuyğun saymayıb.

Məlumatı Meydan TV-yə partiyanın sədri Sülhəddin Əkbər verib.

O bildirib ki, mövcud ictimai-siyası durumun ağır, mürəkkəb və qəbuledilməz olduğunu, siyasi və iqtisadi hakimiyyətin bir əldə cəmləndiyini, sərt avtoritar rejimin diktaturaya meylləndiyini, təməlləri 2016-cı ildə atılan sülalə hakimiyyəti quruculuğunun inkişafda və möhkəmlənməkdə olduğunu, insan və vətəndaş hüquq və azadlıqlarının, xüsusilə söz, mətbuat, birləşmə və toplaşma azadlığının sərt şəkildə, kütləvi surətdə pozulduğunu, siyasi hüquq və azadlıqların, eyni zamanda siyasi fəaliyyətin sərt şəkildə məhdudlaşdırıldığını, o cümlədən, 6 iyul 2014-cü ildə təsis edilmiş Azad Demokratlar Partiyasının bugünədək, qeyri-qanuni olaraq, rəsmi dövlət qeydiyyatına alınmamasını və fəaliyyəti üçün normal, qanuni şərait yaradılmamasını nəzərə alaraq parlament seçkilərində iştirak etmək məqsədəuyğun hesab edilməyib.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Sülhəddin Əkbər eyni zamanda, iqtidarın ölkənin ictimai-siyasi qüvvələrinin, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Avropa Şurasının Venesiya komissiyasının təkliflərini qulaqardına vuraraq, demokratik seçki islahatı aparılmasına imkan verməməsini, azad və ədalətli seçkilərin keçirilməsi üçün qanunvericilik bazasının yaradılmamasını, sərbəst siyasi rəqabət üçün şəraitin olmamasını, ümumiyyətlə, hazırda ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün ictimai-siyasi, hüquqi, hüquqi-texniki və faktiki şəraitin olmadığını da əlavə edib.


Milli Məclis

dekabrın 2-də buraxılması üçün Prezidentə müraciət edib. Prezident müraciəti qəbul edib və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin olunub.

Ana səhifəSiyasətAMİP seçkilərə gedir, Azad Demokratlar isə yox