Amid Süleymanovla bağlı məlumat yoxdur (yenilənib)

”Polis bölməsindən oğlumun harada olduğunu demirlər”

Source:
Amid Süleymanov foto sosial şəbəkə
Amid Süleymanov foto sosial şəbəkə


14.02. Səhər saat 8-dən 5-ci polis bölməsində olan Amid Süleymanov sərbəst buraxılıb. NİDA-çıların bildirdiyinə görə, onunla profilaktik söhbət aparılıb.


***


”Polis bölməsindən oğlumun harada olduğunu demirlər”

Gənc fəal Amid Süleymanov oktyabr 1-i səhər saat 8-də 5-ci polis bölməsinə çağırılıb. Ancaq bu saata qədər ondan hər hansı xəbər alınmayıb.

Bu barədə Meydan TV-yə Amid Süleymanovun atası Yusif Süleymanov məlumat verib.

Atası bildirib ki, oğlu səhər saat 8-də polis bölməsinə gedib. Ancaq polis bölməsindən onun burada olmadığını deyirlər: “Oğlumdan səhərdən bu yana xəbər ala bilmirik”.

Amid Süleymanov oktyabrın 1-i səhər saat 8-də 5-ci polis bölməsinə çağırılıb. O, bu barədə bir gün öncə “Facebook” səhifəsində yazıb: “Bu gün getməliydim, zəng vurdular ki, sabah gələrsən, gecikmə. Səbəb soruşdum, dedilər, bir məsələ var, onu aydınlaşdırmaq üçün çağırırıq. Bölmədə ətraflı danışarıq,sonra gedərsən”.

Amid Süleymanovu mayın 25-də polis saxlamışdı. Gənc fəala 10 sutka inzibati həbs cəzası verilmişdi.

Ana səhifəXəbərlərAmid Süleymanovla bağlı məlumat yoxdur (yenilənib)