Amid Süleymanova 10 sutka inzibati cəza verildi

Sahə müvəkkili cəzanın səbəbini izah etməyib

Source:
Amid Süleymanov
Amid Süleymanov


Sahə müvəkkili cəzanın səbəbini izah etməyib

Mayın 25-də saxlanılan NİDA-çı gənc fəal Amid Süleymanova 10 sutka inzibati cəza verilib.

Bu barədə məlumatı Amid Süleymanovun atası Yusif Süleymanova sahə müvəkkili deyib. Ancaq bu cəzanın səbəbi izah edilməyib.

Amid Süleymanov bu gün yaşadığı mənzildən aparılıb. Atasının sözlərinə görə, gecə saatlarından etibarən müxtəlif şəxslər yaşadıqları mənzilə gələrək, başqa-başqa şəxsləri soruşublar, şikayət olduğunu deyiblər: “Deyirdilər, açın qapını, qol çəkdirib gedəcəyik. Üç dəfə 102-yə məlumat verdim. Sonra qapını açdım. Bir nəfər polis, 5-6 nəfər də mülki geyimli şəxs evə doluşdu. Kompüterini, telefonunu götürdülər, evdə axtarış apardılar. Sonra da Amidi götürüb getdilər”.

Yusif Süleymanovun sözlərinə görə, oğlunu hansı səbəbdən apardıqlarını deməyiblər. Yalnız 5-ci polis bölməsinə aparıldığını bildiriblər.

Ana səhifəXəbərlərAmid Süleymanova 10 sutka inzibati cəza verildi