Axşamdan keçmiş saytların bloklanması aradan qaldırılsa da, səhər yenidən baş verib
Noyabrın 28-də axşam Azərbaycanda “Amerikanın səsi” və “Azadlıq” radio stansiyalarının saytları bloklanıb.
Bloklanma noyabrın 29-da səhər davam edib.
Axşamdan keçmiş saytların bloklanması aradan qaldırılsa da, səhər yenidən baş verib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi baş verənləri şərh etmir və izahat vermir.
Ancaq Azərbaycandan xaricdə həmin saytlara giriş mümkündür. (“Turan” İA)