Tapdıq Quliyevi (Fərhadoğlu)

Mənbə: meydan tv

Başlıq: Tapdıq Quliyevi (Fərhadoğlu)

“Amerikanın səsi” radiosunun əməkdaşı polis təzyiqi ilə üzləşib

Məqalə yeniləndi:  23 Sentyabr 2019

Jurnalist çəkiliş apararkən saxlanıb

Bakıda sentyabrın 23-də səhər saat 10:20-də polis “Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Quliyevi (Fərhadoğlu) saxlayıb. Saxlanma prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsinin qarşısında “Tərtər işi” üzrə mühakimə olunanların valideynlərinin etiraz aksiyası zamanı baş verib.

Məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.

Məlumata görə, bir neçə polis zabiti jurnalistə qarşı güc tətbiq edib, onun əlindən kamerasını və mikrofonunu alıb. Onu DİN Nəqliyyatda Polis İdarəsinə aparıblar və orada telefonunu alıblar.

“T.Quliyevə qarşı zorakılığı onun jurnalist həmkarları görüblər və bu barədə DİN mətbuat xidmətinə və jurnalistlərin hüquqlarına əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı polisinin Monitorinq qrupuna məlumat veriblər.

Hadisə yerində çəkiliş

Hadisə yerində çəkiliş

Mənbə: Foto: Turan İA

Polisdə T.Quliyevə həmkarlarına və vəkilə zəng etməsinə imkan verilməyib. Onu idarədə yarım saat saxlayıblar, “bir daha belə şeylər etməməyi” tövsiyə ediblər. DİN mətbuat xidməti və şəhər polisinin Monitorinq qrupu baş verənləri şərh etməyib”, məlumatda deyilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 Sentyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zmu9ib

Ən çox baxılan