Maykl Mur

Mənbə: Foto: Lenta.ru

Başlıq: Maykl Mur

Amerikalı rejissor Süleymaninin ölümünə görə İrana başsağlığı verib

Məqalə yeniləndi:  9 Yanvar 2020

“ABŞ vətəndaşlarının çoxu prezident seçkilərində Trampa səs verməyib”

Amerikanın sənədli film rejissoru, liberal aktivist Maykl Mur general Qasım Süleymaninin ölümü ilə bağlı İrana başsağlığı verib.

Rejissor fars dilində yazdığı mətni “Twitter” hesabında paylaşaraq, Donald Trampın İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbərinin öldürülməsi göstərişini “zorakılıq aktı” kimi qiymətləndirib.

Onun sözlərinə görə, ABŞ vətəndaşlarının çoxu prezident seçkilərində Trampa səs verməyib. Rejissor Tehranı Trampın hərəkətinə aqressiv reaksiya göstərməməyə, əksinə, Amerika xalqına onun vəzifədən özləri tərəfindən uzaqlaşdırılmasına imkan verməyə çağırıb.

Bundan öncə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi də Amerika-İran münasibətlərindəki gərginlikdən danışmışdı. O, prezidentin hərəkətlərini tənqid edərək, Ağ Ev rəhbərliyini lazımsız təxribatlara son verməyə səsləmişdi.

ABŞ-ın yanvarın 3-də İraqın paytaxtı Bağdadda hava limanına raket zərbələri nəticəsində Süleymaninin öldürməsindən sonra Vaşinqtonla Tehran arasında münasibətlər kəskinləşib.

Yanvarın 8-də İran cavab olaraq ABŞ-ın İraqda yerləşən iki hava bazasına hücum edib. Hücum zamanı ondan çox raketdən istifadə edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  9 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o1ztsc

Ən çox baxılan