Amerikalı həmsədr istefa verəcək

O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir

Source:
James Warlick, foto: courtesy
James Warlick, foto: courtesy

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Varlik dekabrın 31-də bu vəzifədən istefa verəcək. Bunu amerikalı həmsədr noyabrın 21-də özünün Tvitter səhifəsində yazıb.

O, bundan sonra Rusiyanın iri və nüvuzlu hüquq şirkətlərindən biriylə tərəfdaşlıq edəcəyini yazır.

O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Həmsədrlər İqor Popov (Rusiya), Ceyms Varlik (ABŞ) və Pierre oktyabrın 26-28-də regionda səfərdə olublar.

Səfərdə məqsəd bu ilin aprelində təmas xəttində baş verən toqquşmadan sonra yaranmış vəziyyəti müzakirə etmək olub.

Həmsədrlər bu ilin dekabrında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək və prezidentlərin görüşünün təşkil etmək fikrindədirlər.

Ana səhifəXəbərlərAmerikalı həmsədr istefa verəcək