Məlumatı Beynəlxalq Vişegrad Fondu yayıb
Amerikalı aktyor Leonardo Di Kaprionun Ukrayna ordusuna 10 milyon dollar ianə etdiyi deyilir.
Bildirilir ki, aktyor humanitar yardımı gizli saxlamaq istəsə də, Beynəlxalq Vişegrad Fondu bu barədə məlumat yayıb.
Leonardo Di Kaprionun nənəsi Elena Smirnova Odessada doğulub.
Oktyabr inqilabından sonra ailəsi ilə birlikdə Almaniyaya köçərək bir almanla ailə qurub.
Bir müddət öncə Rusiyanın Xalq artisti Liya Axecakovanın Ukrayna Silahlı Qüvvələrinə 10 min dollar ianə etməsi barədə xəbər yayılmışdı.
Lakin aktrisa açıqlama verərək məlumatın həqiqətəuyğun olmadığını demişdi.
Fevralın 24-də Prezident Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyata göstəriş verib.
O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyasıdır.
Daha sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.