“Amerikada qara dərililərin soyqırımına başlayıblar”

Siyavuş Novruzov: “Budur onların demokratiyası?”

Source:


Siyavuş Novruzov: “Budur onların demokratiyası?”

“Demokratiya və fikir azadlığı pərdəsi altında maskalananların əməllərini biz yox, ABŞ Konqresinin özü deyir. Təsadüfi deyil ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi, həm də vitse-prezidenti etiraf edir ki, terrorun qarşısını almaq üçün işgəncələrə əl atıblar”.


APA

-nın məlumatına görə, bunu

Milli Məclis

in iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat

Siyavuş Novruzov

 deyib. O bildirib ki, ABŞ Konqresi tərəfindən hazırlanan və 6 min səhifədən çox olan hesabatda əksini tapan işgəncə faktları dünyanın hər yerində müzakirəyə səbəb olub: “İndi belə sual yaranır: Ərazisinin 20 faizindən çoxunu itirən, eləcə də 1 milyondan çox qaçqını və məcburi köçkünü olan, ərazisində terror hadisələri baş verən ölkədə kimisə bu və ya digər şəkildə araşdırmaq üçün məsuliyyətə cəlb edəndə niyə narahat olursunuz? Okeanın o tayında baş verən hansısa hadisəni araşdırmaq üçün yol qət edirlər, ancaq Azərbaycan öz ərazisində hansısa terrorun qarşısını ala bilməz? Niyə bizə dərs öyrətməyə çalışan “Freedom House” təşkilatı və digər qurumların səsi çıxmır? Avropa dövlətlərində Xədicə İsmayılla bağlı bəyanat yayanlar niyə əhalimizə qarşı verilən işgəncələrlə bağlı bəyanat yaymırlar?..”

S. Novruzov qeyd edib ki, tarix boyu Teymurləng işgəncə verən kimi təqdim olunub: “Lakin Teymurləng bunlar yanında heç nədir. Hər zaman sonradan məlum olub ki, işgəncə verilən insanların əksəriyyəti günahsız imiş. Bəs bu kimi hallara kim cavab verəcək? Niyə həmin insanlar məsuliyyətə cəlb olunmur? Budur onların demokratiyası? Bilirsiniz ki, adətən Amerikada Milad bayramında hind quşunun soyqırımı gedir. İndi isə vəziyyət tamamilə dəyişib və qara dərililərin soyqırımına başlayıblar. Gün ərzində təxminən 80-ə yaxın insan qətlə yetirilir”.

Ana səhifəXəbərlər“Amerikada qara dərililərin soyqırımına başlayıblar”