Amerika tanklarının Gürsüstanda görünməsi regiona nələr vəd edir?

İsa Qəmbər: ”Bu, Cənubi Qafqazda qüvvələr balansının təmsil olunması və region ölkələrinə Rusiyanın təzyiqlərinin azadılması baxımından dəyərləndirilə bilər”

Sülhəddin Əkbər: ”Hərbi təlim mərkəzi açıb və mərkəz Azərbaycan sərhədinin 40 kilometrliyində yerləşir”

Source:


İsa Qəmbər: ”Bu, Cənubi Qafqazda qüvvələr balansının təmsil olunması və region ölkələrinə Rusiyanın təzyiqlərinin azadılması baxımından dəyərləndirilə bilər”


Sülhəddin Əkbər: ”Hərbi təlim mərkəzi açıb və mərkəz Azərbaycan sərhədinin 40 kilometrliyində yerləşir”

Günün siyasi gündəmi həm də Amerikanın hərbi vasitələrinin Gürcüstanın Poti limanında görünməsi olub. “Layiqli Tərəfdaş” adlı irimiqyaslı təlimlər gələn aya nəzərdə tutulsa da, birgə təlimlərdə Amerikanın “Abrams” tanklarının iştirak etməsi diqqət çəkib.

Meydan TV olayın regiona hansı siyasi-hərbi vədlər və təsirlər vəd edəcəyi sualını siyasilərə ünvanlayıb.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər indiki mərhələdə ABŞ-ın Cənubi Qafqazda fəaliyyətinin hələ ilk dövrünü yaşadığını düşünür.

O, xatırlayır ki, bir neçə il əvvəl Vaşinqton Gürcüstanın təhlükəsizliyini öz müttəfiqinin təhlükəsizliyi səviyyədə müdafiə edəcəyi haqda qərar qəbul etmişdi. Bu baxımdan ABŞ-nın son addımını öz öhdəliklərini yerinə yetirmək kimi qiymətləndirmək olar. İstənilən halda son hadisə Cənubi Qafqazda qüvvələr balansının təmsil olunması və region ölkələrinə Rusiyanın təzyiqlərinin azadılması baxımından dəyərləndirilə bilər.

İsa Qəmbər

Sabiq Müsavat başqanı Rusiyanın bundan sonra regionda hansısa təhlükəli addım atması, konkret olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırması yönündə təsirlər etməsi barədə suala belə cavab verdi: “Cənubi Qafqazda və bütün qonşu ölkələrdə vəziyyəti gərginləşdirmək Putin Rusiyasının fəaliyyət növüdür. Bunun üçün onların xüsusi bir səbəb və bəhanəyə ehtiyacları yoxdur. Kreml daim  postsovet məkanında vəziyyəti gərginləşdirməklə məşğul olur ki, özlərinin respublikaların daxili işlərinə müdaxilə etmək bəhanələrini qazansınlar və mümkün qədər yeni müstəqillik qazanmış dövlətləri təzyiq altında saxlasınlar. Bu baxımdan son hadisələri Amerikanın hansısa addımı nəticəsində Rusiyanın hansı addım atacağı kimi yox, Kremlin təxribatlarının qarşısının alınması olaraq qiymətləndirmək lazımdır.

Azad Demokratlar Partiyasınən sədri Sülhəddin Əkbər isə bildirib ki, bu, əvvəldən planlaşdırılmış təlim çərçivəsində həyata keçirilir. Ancaq ilk dəfə Amerikanın ağır texnikasıyla Gürcüstan ərazisində hərbi təlimlərə qatılması təsadüfü deyil. Ötən ilin avqustunda NATO Grücüstanda rəsmi Tiflislə birgə hərbi təlim mərkəzi açıb və mərkəz Azərbaycan sərhədinin 40 kilometrliyində yerləşir. Bu, bütövlükdə Qərblə Rusiyanın Cənubi Qafqazda geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu dövrə təsadüf edir. Yeri gəlmişkən, ötən ilin fevralından Amerika öz milli təhlükəsizlik strategiyasını yenilədi və qarşısına Rusiyanı durdurmağı başlıca strateji hədəf qoydu. Son təlimləri də bu çərçivədə qiymətləndirirəm. NATO-nun 8-9 iyulda Varşavada keçiriləcək sammitində ciddi qərarların alınması gözlənilir.

Sülhəddin Əkbər

Sülhəddin Əkbər düşünmür ki, Ermənistan parlamentinə Dağlıq Qarabağ separatçılarının tanınması haqda layihənin təqdimatının birbaşa Rusiyanın təsiriylə olsun. Bunu Moskvanın son həmlələri kontekstində qiymətləndirmək daha düzgün olar. Çünki hərbi təlim çoxdan planlaşdırılmışdı.

O, hesab edir ki, Rusiya bununla Azərbaycana siyasi-diplomatik mesaj verir. Əgər Lavrov planıyla Ermənistana mesaj göndərirsə, Ermənistan hökumətinin hərəkətini də Rusiyanın siyasi-diplomatik mesajı kimi qiymətləndirmək olar. Bununla Moskva İrəvanın əliylə Abxaziya və Osetiya nümunəsini göstərir ki, əgər Azərbaycan çox inad edərsə, Dağlıq Qarabağda bu yol izlənə bilər: “Bakının buna reaksiyasına gəlincə, konkret heç nə deyə bilmərəm. Bu suala prezident və XİN rəhbəri cavab verə bilər. Ən düzgün cavab beynəlxalq miqyasda cavab verilməlidir. Çünki bu yol tutulursa, münaqişə keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Ona görə Azərbaycan beynəlxalq və regional miqyasda cavab hazırlamalıdır. Ermənistan parlamenti qərar qəbul edərsə, bu, Azərbaycana həm Türkiyə, həm NATO, həm də İsraillə siyasi-hərbi sahədə yaxınlaşmaq üçün kart-blanş verəcək”.

Ana səhifəXəbərlərAmerika tanklarının Gürsüstanda görünməsi regiona nələr vəd edir?